5 uşaq atası çayda boğuldu
2020-06-25 18:08
Sabirabadda Kür çayında batan şəxsin kimliyi məlum olub. Rayonun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 64 yaşlı Teymur Soltanov Kür çayına yıxılıb. Hazırda onun axtarışları davam etdirilir. Kürdə batan şəxs 5 uşaq atasıdır.
Vüsalə Camal