5 dəfə məhkum olunmuş şəxs silah və narkotiklə saxlanılıb
Astarada axtarışda olan əvvəllər 5 dəfə məhkum olunmuş silahlı şəxs polislər tərəfindən saxlanılıb. 1978-ci il təvəllüdlü Qurban Ağayevin üzərindən tapança, 7 ədəd patron, 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, 1 ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid 8 ədəd patron, əlavə olaraq içərisində 7 ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb. Şəxs həbs olunub. Araşdırma aparılır.
Fərid Mehdiyev