5 avqust səhər saat 6-dan etibarən SMS icazə sistemi ləğv olunur

2020-08-04 10:09

5 avqust səhər saat 6-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur. Ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir. 31 avqust gecə saat 12-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Gəncə, Cəlilabad, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında qüvvədə qalacaq. Bu şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyat işləməyəvək. Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»lar, muzey və sərgi zalları fəaliyyət göstərməyəcək. İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilməməsi, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması, açıq havada idman yarışları və oyunlarının keçirilməməsi kimi məhdudiyyətlər də qüvvədə qalır.

Vəfa Şairova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik