49 yaşlı kişi hoteldə ölüb
Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında istirahət edən 49 yaşlı Coşqun Rəhimovun qəfildən halı pisləşərək ölüb. İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından dünyasını dəyişib. Coşqun Rəhimov Mingəçevir "Avtovağzal" MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur. Faktla bağlı araşdırma aparılır.