4,8 milyondan çox vətəndaşa sosial dəstək verilib
2020-04-27 14:00
Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya əhalinin 48 faizini əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerləri və əməkhaqqı gəlirləri qorunub. 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatların qurulmasına başlayıb.
Nərgiz Camal