44 günlük Vətən müharibəsinin xronikası: 11 oktyabr
İki il öncənin 11 oktyabr tarixində, Vətən Müharibəsinin 15-ci günündə Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub. Atəş nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Düşmən Mingəçeviri raket atəşinə tutub, həmçinin bu istiqamətdə uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Erməni əsgərlərinin cəsədlərini yığan ağ bayraqlı tibbi maşın Ermənistan tərəfindən atəşə tutulub. Düşmənin alay komandirinin müavini və xeyli sayda canlı qüvvəsi və texnikası, o cümlədən "KUB" zenit-raket kompleksi məhv edilib.