435 vakant vəzifə üzrə işə qəbul elan edilib

2020-01-14 14:03

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib. Vəzifələr üzrə sənəd qəbulu başlayıb, vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.

Ruhəngiz Hacızadə