42 yaşlı kişini qatar vurub
Bakıda qatar 42 yaşlı kişini vurub. Belə ki, yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb. Maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı ibtidai istintaq davam etdirilir.
Nərgiz Camal