400-ə yaxın dönərxanada nöqsan tapılıb
Keçən il Azərbaycanda 373 dönərxana və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov bildirib ki, 2025-ci il ərzində 561 dönərxana və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. 497 müəssisədən götürülən 600 nümunənin laborator müayinəsi nəticəsində 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib.
26 yanvar 2026

