40 yaşa qədər şəxslərin qızılcaya qarşı vaksinasiyasına başlanılır
Azərbaycanda yoluxma halları əsasən qızılca infeksiyasına qarşı həssas, yəni heç vaxt bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxslər arasında müşahidə edilir. Səhiyyə Nazirliyi tərəfindən 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması kifayət edir.
Fərid Mehdiyev