4 sərbəst güləşçimiz reytinq turnirində mübarizəyə başlayır
Bu gün Azərbaycanın 4 sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayacaq. Əliabbas Rzazadə, Hacı Əliyev, Maqomedxan Maqomedov və Giorgi Meşvildişvili xalça üzərinə çıxacaq. Görüşlər saat 12:30-da start götürəcək.
Azad Mustafayev