4 qol və özü ilə bərabər gətirdiyi üç rekord
Fransa millisi Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqə 14:0 hesabı ilə qalib gəlməklə 3 rekorda imza atıb. Bu oyun bir matçda vurulan qolların sayına görə Almaniya - San Marino görüşünü (13:0) geridə qoyub. Eyni zamanda Fransa yığması Avropa çempionatlarının seçmə mərhələlərinin ən böyükhesablı qələbəsini qazanıb. Əvvəlki rekord da məhz Almaniya - San Marino görüşünə aid idi. Həmçinin bu, Fransa millisi tarixinin də ən böyük qələbəsidir. Fransanın bundan öncəki rekordu bizimlə bağlı idi - 10:0.
Emin İsazadə