4 qazimiz müalicə olunaraq Vətənə dönüb
2021-03-05 12:05
Vətən müharibəsində ağır yaralanan və “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. 20 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi isə Türkiyədə davam etdirilir.
Fərid Mehdiyev