2021-10-04 10:00
Oktyabrın 4-ü Cəbrayıl şəhəri və rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Doğma ərazilərimizə üçrəngli şanlı bayrağımız sancılıb. İkinci Qarabağ müharibəsi zamanı Ordumuz tərəfindən Cəbrayıl şəhəri ilə yanaşı, rayonun ümumilikdə 80 kəndi azad olunub. Ötən il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva Cəbrayılda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Ötən il 4 oktyabrda Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta da Azərbaycan bayrağı sançılıb.
Fərid Mehdiyev