4 nəfər silah və narkotiklə saxlanıldı
Qubada Bakı sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov, Sumqayıt sakini Elşən Quliyev və Quba sakini Tural Əliyev saxlanılıblar. Şəxslərin üzərindən 2 kiloqramdan artıq marixuana, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd tapança götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, Tural Əliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digər şəxslərin barələrində isə həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova