4 cüdoçumuz “Böyük Dəbilqə” turnirində bürünc medal görüşünə çıxacaq
Azərbaycanın 4 cüdoçusu Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal görüşünə çıxacaq. Əhməd Yusifov qazaxıstanlı cüdoçunu, Kamran Süleymanov isə komanda yoldaşı Ruslan Paşayevi sınağa çəkəcək. Qadınların mübarizəsində Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Türkiyə təmsilçisi ilə yarışacaq. Mayın 12-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.
Fərid Mehdiyev