4 cüdoçumuz Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəlinin ilk sıralarındadır
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Cədvəldə yenə 4 cüdoçumuz ilk “onluq”dadır. Rüstəm Orucovla Elmar Qasımov ilk pillədəki yerlərini qoruyublar. Orxan Səfərovla Nicat Şıxəlizadə müvafiq olaraq 2-ci və 8-ci yerə yüksəliblər. İlqar Müşkiyev, Tərlan Kərimov, Uşqanqi Kokauri və Kifayət Qasımova da yarışa qatılmadan irəliləyiblər. Onlar müvafiq olaraq 25-ci, 35-ci, 39-cu və 61-cidi. Elxan Məmmədov sentyabrda olduğu kimi yenə 24-cü yerdə qərarlaşıb.
Orxan Cəfərzadə