4 avtoqəzada 4 nəfər xəsarət alıb
Abşeron rayonu, Yeni Saray qəsəbəsində “DAF” markalı yük avtomobili ilə “Otoyol” markalı avtobus toqquşub. Xilasedicilər avtobusun sürücüsünü deformasiyaya uğramış maşından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Culfa şəhərində avtomobil yolu keçən şəhər sakini, 1982-ci il təvəllüdlü Behbudova Adilə Abbasəli qızını vurub. O, xəstəxanaya yerləşdirilib. Cəlilabad şəhərində isə minik avtomobilinin maneyə çırpılması nəticəsində, rayon sakini, 1990-cı il təvəllüdlü S.Əliyeva xəsarət alıb.
Bakının Yasamal rayonunda da 2 “Toyota Prius” markalı avtomobil toqquşub. Bir nəfər xəstəxanalıq olub.
Vüsalə Cənnətova