4 şəhər və 10 rayona giriş-çıxış dayandırılır

2020-11-06 17:07

Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib. Qərara əsasən 7 noyabr gecə saat 12-dən 23 noyabr saat 6-dək Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində sadalanan sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır: hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;digər dövlət orqanlarının fəaliyyəti; səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; kommunal xidmətlər; yük daşımaları və logistika xidmətləri;Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı; apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin kütləvi informasiya vasitələrinin; maliyyə təşkilatlarının fəaliyyəti;mühafizə xidmətləri. Bu müddətdə həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti də tam dayandırılacaqdır. Həmçini bu qaydaların tətbiq olunduğu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək, işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə 190 manat birdəfəlik ödəmə veriləcək.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik