36 min ha ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri ümumilikdə 36 min ha-dək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib. Onlardan 10 400-ü piyada, 3 300-ü tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı olub. Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Qarabağ iqtisadi rayonunda minalar əsasan yaşayış məntəqələri və qəbiristanlıqların ətrafı, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.
Fərid Mehdiyev