36 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Polis Bakının Xəzər rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminovu saxlayıb.Ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.Araşdırma davam etdirilir.
01 oktyabr 2026

