352 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub
"Son iki ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir dördüncü nəsil protezlə təminatı həyata keçirilib. Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır". Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərilib.