34 min müxtəlif növ ağac tingi əkilib
Novruz bayramının xüsusi günlərindən olan çərşənbələrdə ağacəkmə aksiyalarının keçirilməsi davam edir. Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ölkənin müxtəlif rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ümumilikdə 34 min müxtəlif növ ağac tingi əkilib. 125 kiloqram toxum səpilib.
Vüsalə Cənnətova