34 boksçumuz Rumıniyada keçiriləcək beynəlxalq turnirə qatılacaqlar
Fevralın 22-də Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. Turnirdə 25 ölkədən 300-ə qədər boksçunun iştirakı gözlənilir. Azərbaycan milli komandaları 34 idmançı ilə təmsil olunacaq. Yarış fevralın 27-də yekunlaşacaq.
Vüsalə Cənnətova