34 şəhər və rayon dotasiya almadan özünü maliyyələşdirir

2019-07-11 12:04

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Baş nazir Novruz Məmmədov qeyd edib ki, regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması inkişafdakı tarazlığı təmin edib. Bu il Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxu məhz regionların payına düşür.

Vüsalə Camal