30 mindən çox şəhid ailəsi üzvü və müharibə iştirakçısının məşğulluğuna dəstək göstərilib
Vətən müharibəsindən sonrakı dövrdə Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvləri və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onlardan 13 min 700 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq mal və material formasında aktivlərlə təmin edilib və kiçik biznes qurublar.Digər şəxslər münasib işlərlə təmin olunub, həmçinin əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb ediliblər.
28 sentyabr 2026

