30 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
2020-08-07 18:06
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Masallı sakini Emin Əhədov saxlanılıb. Onun üzərindən 2 qrama yaxın metamfetamin, Yasamalda yaşadığı evdən 21 kiloqram 508 qram heroin və 8 kiloqram 989 qram metamfetamin aşkar edilib. Bu əməliyyat nəticəsində 30 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Fakt araşdırılır.
Fərid Mehdiyev