3 şəhid doğma yurdunda torpağa tapşırılıb
Gəncədə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəxslər doğma yurd-yuvalarında torpağa tapşırılıblar. Cavid Fazil oğlu Ələkbərov, Elməddin Şirxan oğlu Abbasov Sumqayıtda, Rahib Ağaseyid oğlu Mirzəyevin meyitinin qalıqları isə Şabranda Şəhidlər xiyabanında dəfn olunub.
Fərid Mehdiyev