3 şahmatçımız dünya çempionatının 3-cü turunda qələbə qazanıb
Azərbaycan şahmatçıları Ayan Allahverdiyeva, Nərmin Abdinova və Səbinə Rzalı Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatının 3-cü turunda qələbə qazanıblar. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovsa iyunun 6-da Daşkənddə start götürəcək Superturnirdə iştirak edəcək. 39 yaşlı qrossmeyster ən yüksək reytinqli iştirakçıların çıxış etdiyi “Masters” bölümündə mübarizə aparacaq.
Vüsalə Cənnətova