3 yeniyetmə Bakıda mağaza və avtomobildən oğurluq edib
Bakıda mağazadan, bərbərxanadan və avtomobildən oğurluq edilib. Bir mağazadan 5660 manat pul, 1150 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı, avtomobildən 1300 manat dəyərində dərman preparatları, bir bərbərxanadan isə bərbər alətləri oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.
Fərid Mehdiyev