3 yanğın hadisəsi olub, ölən var
Beyləqanın Bünyadlı kəndində 5 otaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bakıda baş verən analoji hadisə zamanı isə 1954-cü il təvəllüdlü Emilya Xanbabayeva ölüb.
Şəkinin Baş Kəldək kəndində 57 yaşlı kişi yataqda yanıb. Mais Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir. Onun yuxuya getdiyi və əlindəki siqaretin döşəyə düşərək yanğına səbəb olduğu deyilir. Araşdırmalar aparılır.
Vüsalə Cənnətova