3 yaşlı uşağın atası tərəfindən döyülməsi faktı araşdırılır
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya hospitalizasiya olunub.Vəziyyəti ağır qiymətləndirilir.Valideynləri övladlarının digər uşaqlarla oynayarkən, xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda qeyd edilən faktla bağlı təhqiqat araşdırması aparılır.Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.
25 sentyabr 2026

