3 sərbəst güləşçimiz bu gün "Zaqreb Open"də döşək üzərinə çıxacaq
Azərbaycanın daha üç sərbəst güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də bu gün döşək üzərinə çıxacaq. 92 kq çəkidə Osman Nurmaqomedov 1/4 final mərhələsində ABŞ təmsilçisi ilə üz-üzə gələcək. Təsnifatdan mübarizəyə qoşulan 97 kq-dakı Maqomedxan Maqomedov da ABŞ-lı idmaçı ilə yarışacaq. 125 kq-da yer alan Georgi Meşvildişvili isə eyni raundda polşalıyla güləşəcək.
Vəfa Şairova