3 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyən şəxs saxlanılıb
Bakıda saxlanılan şəxsdən 3 kiloqram 60 qram narkotik vasitə aşkar edilib. 1993-cü il təvəllüdlü Sabir Əhmədli marixuana ilə tutulub. O, ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb, pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev