3 cüdoçumuz Böyük Dəbilqə turnirində mübarizəyə qoşulacaq
Bu gün Azərbaycanın daha üç cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq. 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda Gürcüstanlı, 81 kq-dakı Rüstəm Orucov və Zelim Tçkayev isə 1/16 finalda Monqolustanlı idmançılarla qarşılaşacaqlar. Ötən gün Orxan Səfərov 66 kq-da gümüş medal qazanıb.
Vəfa Şairova