3 boksçumuz Qızıl kəmər seriyasında finala vəsiqə qazanıb
Azərbaycan millisinin 3 boksçusu Mərakeşdə keçirilən Qızıl kəmər seriyasında finala vəsiqə qazanıb. 57 kq-da Ümid Rüstəmov, 67-də Gəncə boks məktəbinin yetirməsi Nəbi İsgəndərov və 86 kq çəkidə Alfonso Dominqes yarımfinal mərhələsində rəqiblərini məğlub ediblər. Final döyüşləri fevralın 10-da olacaq.
Nərgiz Camalzadə