3 boksçumuz Avropa birinciliyində növbəti mərhələyə adlayıblar
Azərbaycanın 3 boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində növbəti mərhələyə adlayıb. Nihat Qasımov 1/16 finalda rusiyalı rəqibinə qalib gəlib. Rza Rzayev isə 1/8 finalda yunanıstanlı idmançını məğlub edib. Səftər Məmmədzadə də 1/8 finalda israilli rəqibi ilə gücünü sınayıb. O, 1/4 finalda Polşadan olan idmançı ilə döyüşəcək.
Vüsalə Cənnətova