Canlı
29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib

2018-11-08 / 16:29

Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın İnkişafı Fondunun Gədəbəydə keçirilən işgüzar forumunda kənd turizmi layihələrinin maliyyələşdirilməsi, otel, kartofçuluq təsərrüfatı, meyvə emalı, xalça istehsalı, bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı da baş tutub. Tədbir çərçivəsində Gədəbəyin Miskinli kəndində güzəştli kredit hesabına ildə 16 milyon litr su istehsalına malik olan mineral süfrə suları istehsalı müəssisəsində görülən işlərlə tanışlıq olub.

Vüsalə Camal