27 yaşlı gənc 50 yaşlı qadını qətlə yetirib meyitini meşəyə atdı
Qusarda meşəlik ərazidə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.Araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı olan həmin qadını bıçaqla öldürüb. Daha sonra meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.O polis əməkdaşları tərəfindən tutulub.Araşdırma aparılır.
24 sentyabr 2026

