26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb
Sentyabr ayı ərzində Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.Bu yoxlamalardan 1-i Bakıda, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı müvafiq inzibati protokollar tərtib edilib.
06 oktyabr 2026

