25 yaşlı idmançının xoş sorağı bu dəfə Londondan eşidilib

2019-06-15 15:47

Samux Kikboksinq Klubunun yetirməsi Elxan Əliyev qələbə ilə başa vurduğu döyüşlərin sırasına daha birini əlavə edib. 25 yaşlı idmançının xoş sorağı bu dəfə Londondan eşidilib. Əliyev K1 versiyası üzrə peşəkar döyüşdə yerli idmançı Nathan Epps ilə qarşılaşaraq ona qalib gəlib. Bu, həmyerlimizin peşəkar rinqdə 12-ci döyüşdə 11-ci qələbəsi olub.

Ruhəngiz Hacızadə