25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
2021-04-13 10:08
DİM 15-16 apreldə 11 siniflər üzrə buraxılış imtahanları keçirəcək. Respublikanın 25 şəhər və rayonunda, o cümlədən Gəncədə təşkil olunacaq imtahanlar saat 11:00-da başlayacaq. İştirakçılar üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Fərid Mehdiyev