23 yaşlı qadın və 49 yaşlı kişi bıçaqlanıb
Bakının Binəqədi rayonunda 23 yaşlı Gülarə Mehdiyevaya kəsici-deşici alətlə xəsarət yetirilib.O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.Polisin keçirdiyi əməliyyatla cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.Paytaxtın Nizami rayonunda 1977-ci il təvəllüdlü Zamin Knyaz oğlu Məhərrəmov mübahisə zəminində küçədə bıçaq xəsarətləri alıb.Vəziyyəti ağır qiymətləndirilir.Zərərçəkən tanışı tərəfindən yaşadığı evdən küçəyə çağırıldıqdan sonra tərəflər arasında mübahisə yaranıb. Faktlarla bağlı araşdırma aparılır.
18 noyabr 2026

