224 min manatlıq brilyant qaşların ölkəyə gətirilməsinin qarşısı alınıb
2021-04-09 16:10
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus çamadandan 10 ədəd sellofan bükümdə müxtəlif ölçülü 441 qram brilyant qaşlar aşkar ediblər. Brilyant qaşların ümumi kütləsi 2171 karat, orta qiyməti, təxminən 224 min manat təşkil edir. Fakt araşdırılır.
Fərid Mehdiyev