21 yaşlı oğlanı cərəyan vuraraq öldürüb
2020-08-27 14:04
Bərdənin Mustafaağalı kəndində yerləşən avtomobilyuma məntəqəsində işləyən 21 yaşlı Niyaməddin Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Müəyyən edilib ki, o, avtomobilyuma məntəqəsində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb. Fakt araşdırılır.
Nərgiz Camal