Canlı
21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının növbəti mərhələsinə keçə bilmədi

2018-09-12 / 12:16

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da Norveçi qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, yığmamız 9 oyundan sonra 2 xalla sonuncu pillədə qalıb. Komanda bu nəticə ilə növbəti mərhələyə yüksəlmək şansını itirib.

Vəfa Şairova