2080 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib
Bu ilin ötən dövründə özünüməşğulluq proqramı çərçivəsində 2080 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ümumilikdə postmüharibə dövründə 13 400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.