2026-cı ilə qədər 16 min nəfər zəngilanlı doğma yurduna qayıdacaq
"İşğaldan qabaq Zəngilanın ümumi əhalisi 34 min nəfər olub. Bugünkü statistikaya görə isə, artıq Azərbaycanın fərqli bölgələrində 44 mindən çox zəngilanlı yaşayır". Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev belə deyib. Böyük Qayıdışın 2022-2026-cı il strategiyasına görə təxminən 16 min nəfəri Zəngilan rayonunun müxtəlif yerlərinə qaytarmağı planlaşdırdıqlarını qeyd edən Prezidentin xüsusi nümayəndəsi, bu istiqamətdə hazırda böyük işlərin görüldüyünü vurğulayıb.