2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” olacaq
Prezident İlham Əliyev 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi, milli prioritetlərdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olduğu vurğulanır. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğu bildirilir. COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin böyük hörmət və etimadının nəticəsi kimi dəyərləndirilib.
Fərid Mehdiyev