2023-cü ilin ən yaxşı gimnastlarının adlarını açıqlanıb
Azərbaycan Gimnastika Federasiyası 2023-cü ilin yekunlarına əsasən ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb. Reytinq sıralamasının birinci pilləsində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Zöhrə Ağamirova yer alıb. İkinci yerdə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası qərarlaşıb. Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası isə 3-cü pillədədir.
Vüsalə Cənnətova